...

N.Börns: ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına yardım etmək üçün böyük istək var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2006 14:54 (UTC +04:00)

ABŞ-da ermənilərə və azərbaycanlılara Dağblıq Qarabağ münaqişəsinin tam həll olunmasında yardım etmək üçün Moskva və Parislə işləməklə bağlı böyük istək var. Trend in məlumatına görə, bu barədə ABŞ Dövlət katibinin müavini Nikolas Börns "Nezavisimaya qazetaya" müsahəibəsində bəyan edib. "Biz Rambuyedəki görüşün nəticələrindən çox məyus olduq. Biz fikirləşirik ki, bu sammit həqiqətən yaxşı şans idi. 1991-1992-ci illərdən vəziyyəti sabitləşdirmək üçün çoxlu sayda cəhdlər olub və Ermənistan və Azərbaycan prezidentlərinin Rambuyedəki görüşü, ola bilsin ki, ən perspektivlisi idi", - deyə o bildirib.

N.Börns bildirib ki, ABŞ Gürcüstandan ərazisi ilə ayrılan münaqişələrin həlli üzrə beynəlxalq səylərdə iştirak edən bir tərəf kimi öz diqqətini Qafqazda cəmləşdirib. Biz çox istərdik ki, Cənubi Osetiya və Abxaziya problemləri də həll olunsun. " Şimali Qafqaza gəldikdə, bu,Ö əlbəttə, Rusiyanın daxili işidir. ABŞ-da, əlbəttə, oradakı vəziyyətlə bağlı suallar var və biz vaxaşırı onları rusiyalı həmkarlarımızın qarşısında qaldırırıq. Lakin obyektiv olaraq mənim indi danışdığım Gürcüstan və Dağlıq Qarabağ kimi beynəlxalq xarakterli problemlər haqqında dialoq daha təbii alınar", - deyə N.Börns sonda bildirib.

Xəbər lenti

Xəbər lenti