...

Lord Rassel Conston: Avropa Şurasının ATƏT-in Minsk Qrupunu əvəz edə biləcəyini düşünmürəm

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2006 17:40 (UTC +04:00)

AŞPA-nın Dağlıq Qarabağ üzrə müvəqqəti komitəsinin rəhbəri Lord Rassel Conston /Lord Russel Johnston/ Mediamaksa verdiyi müsahibəsində bəyan edib ki, münaqişə zonasında hərbi əməliyyatların yenilən başlanmasının mümkünlüyü haqqında "böyük narazılıqla" düşünür.

Lord Rassel Conston qeyd edib ki, "AŞPA-da Dağlıq Qarabağ üzrə komitənin yaradılması bizim danışıqlarda tamhüquqlu vasitəçi olmağa can atmağımız demək deyil".

"Artıq 10 ildir ki, ATƏT-in Minsk Qrupu bu məsələ ilə peşəkarlıqla məşğul olur və mən Avropa Şurasının bu qurumu əvəz edə biləcəyini düşünmürəm. Bizim vəzifəmiz Minsk qrupu həmsədrlərinə istənilən yardımı göstərməkdən ibarətdir", - deyə o qeyd edib.

Komitənin planlarından söz açan Lord Rassel Conston 2006-cı ildə komitə üzvlərinin Azərbaycan və Ermənistana səfər edəcəyini istisna etməyib.

"Biz həm də hər iki ölkə parlamentariləri arasında görüşün təşkili imkanlarını nəzərdən keçiririk. Ancaq konkret razılaşmalardan söz açmaq hələ tezdir", - deyə komitə rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti