...

Vardan Oskanyan hesab edir ki, vasitəçilər yeni nizamlama prinsipləri deyil, ifadələr təklif edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2006 17:14 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Vardan Oskanyan bu gün İrəvanda bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddaratını həlletmə hüququnu tanıyarsa, Ermanistan müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edə bilər.

"Mediamaks" agentliyinin məlumatına əsasən, Ermənistan xarici işlər naziri bu gün mətbuat konfransında bəyan edib ki, bu, Ermənistanın danışıqlar prosesində tutduğu movqedir.

Vasitəçilərin yeni təklifləri haqqında məlumatları şərh edən V.Oskanyan deyib ki, bu ifadə eyni zamanda həm dürüst, həm də səhvdir.

"Danışaqlar masasında nizamlama prinsiplərinə dair sənəd var. Bu prinsiplərin bəzilərilə bağlı razılıq əldə olunub, bəzilərilə bağlı isə - yox. Hesab edirəm ki, vasitəçilər "yeni təkliflər" dedikdə tərəflərin razılaşmadığı prinsiplərin yeni formulələrini nəzərdə tutur. Prinsiplərin özü isə dəyişmir"- deyə Ermənistan naziri bildirib.

Xəbər lenti

Xəbər lenti