...

Rene Van der Linden: Dağlıq Qarabağ münaqişəsinin həllində ilk növbədə gənc nəslin maraqları nəzərə alınmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2006 12:00 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linden Mediamaks agentliyinə verdiyi eksklüziv müsahibədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində "ilk növbədə gənc nəslin maraqları nəzərə alınmalıdır".

"Münaqişələri həll etmək həmişə mürəkkəbdir. Lakin regiona səfər edəndə hər iki tərəfin Dağlıq Qarabağ münqaişəsini həll etməyə marağı olduğu mənim üçün aydın olur. Mən əminəm ki, bu münaqişə həll olunarkən, ilk növbədə gənc nəslin marağı nəzərə alınmalıdır. Fikrimcə, Ermənistanın sərhədlərindən kənarda Ermənistan hökumətini və müxalifətini bu və ya digər istiqamətə itələyən şəxslər var. Mən əminəm ki, Ermənistanın gənc sakinlərinin gələcəyi sizin ölkənizin sərhədlərindən kənarda yaşayan ermənilərin hisslərindən mühümdür. Bu məqsədlə problemi mütləq həll etrmək lazımdır və biz şəraitin və düzgün atmosferin yaradılması üçün əlimizdən gələn hər şeyi edəcəyik", - deyə AŞPA sədri bildirib.

2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmağın perspektivləri barədə sualları cavablandırarakən Rene Van der Linden bildirib: "Mən buna ümid edirəm. Beynəlxalq birlik yardım etmək istəyir, lakin siyasi iradə çatışmadıqda problemləri həll etmək çətindir. Siyasi partiyaların, hökumətin, müxalifətin öz ölkələrində adamlara qəbul etməyə imkan verən belə mühit yaratmaları çox mühümdür. Əgər siz vəziyyətdən seçkiqabağı məqsədləriniz üçün mənfəət kimi istifadə etsəniz, bu problemi həll edə bilməyəcəksiniz",- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti