...

Azərbaycan və Ermənistan XİN başçıları ATƏT MQ həmsədrləri ilə Strasburqda görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2006 13:52 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə Strasburqda görüşəcəklər. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, görüş mayın 18-19-da Strasburqda Avropa Şurası Siyasət Komitəsinin növbəti iclası çərçivəsində keçiriləcək.

Xarici işlər naziri Elmar Məmmədyarov isə bəyan edib ki, vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair bəzi maraqlı fikirləri var. Nazir onu da qeyd edib ki, müzakirələrin yekunları üzrə hər iki ölkə prezidentləri arasında görüşün keçirilməsi zəruriliyinin olub-olmaması aydınlaşacaq.

Qeyd edək ki, prezidentlərin növbəti görüşü mayın sonunda Parisdə NATO Parlament Assabmleyasının iclasında keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti