...

Elçin Behbudov: Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində işgəncə tətbiq edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2006 17:53 (UTC +04:00)

Azərbaycan Respublikasının işgəncələrə qarşı Komitəsində ölkənin işğal olumuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda gizli həbsxanaların olması və ermənilər tərəfindən işgəncənin tətbiq edilməsi ilə bağlı kifayət qədər təkzib olunmaz məlumatlar var. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində işgənclərə qarşı komitənin sədri Elçin Behbudov bildirib.

Onun sözlərinə görə, bu məlumat Ermənistanın hüquq mühafizə təşkilatlarından da daxil olur. İşgənəcələr əsasən, Şuşa şəhərindəki həbsxananın zirzəmilərində baş verir. "Ermənilər fəal surətdə azərbaycanlı əsgərlərə qarşı qeyri-insani işgəncələr tətbiq edir", - deyə E.Behbudov qeyd edib. O vurğulayıb ki, Şuşa həbsxanasında zirzəmilərin olması faktını şəhərin erməni qruplaşmaları tərəfindən işğalına qədər burada işləmiş Azərbaycan Ədliyyə Nazirliyi əməkdaşları da təsdiq edir.

"Mən məmnuniyyətlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edər və həbsxanalarda monitorinq aparardım. Əgər mənim təhlükəsizliyimə zəmanət verilərsə, o zaman mən Dağlıq Qarabağa səfər etməyə hazıram", - deyə E.Behbudov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti