...

ABŞ Dövlət Departamenti Bakıda yüksək səviyyədə görüşlər keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2006 12:45 (UTC +04:00)

ABŞ dövlət katibi Deniel Fridin və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri, səfir Stiven Mənnin Azərbaycana iki günlük səfərləri gedişində Xarici İşlər Nazirliyində və Azərbaycan prezidentinin İcra aparataında görüşləri planlaşdırılıb. Amerikanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Xenikin Trend ə verdiyi məlumata görə, səfər çərçivəsində "ABŞ nümayəndələrinin iştirakı ilə hansısa ayrıca tədbirin" keçirilməsi planlaşdırılmayıb.

Qeyd edək ki, ABŞ nümayəndələri ilə yanaşı mayın 24-də Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Vladimir Karasin və Fransanın XİN-nin siyasi məsələlər üzrə direktoru Stanislas D'Labule də gələcək.

Səfər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində yaranmış vəziyyəti müzakirə etməkdir.

Azərbaycana həmçinin, ATƏT-in Minsk Qrupunun Rusiya və Fransadan olan həmsədrləri Yuri Merzlyakov və Bernar Fasye də gələcəklər.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Vardan Oskanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mayın 25-26-da Ermənistana səfər edəcəklərini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti