...

Elmira Axundova: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində zərər çəkən azərbaycanlılara rəsmi Yerevanın maddi təzminat ödəməsi ilə bağlı Haaqa Məhkəməsinə müraciət ediləcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2006 16:02 (UTC +04:00)

Ermənistanın işğalçılıq siyasəti nəticəsində zərər çəkən azərbaycanlılara rəsmi Yerevanın maddi təzminat ödəməsi ilə bağlı Haaqa Məhkəməsinə müraciət ediləcək. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sosial-siyasət daimi komissiyasının üzvü Elmira Axundova bildirib.

Millət vəkili onu dla vurğulayıb ki, bu məsələ ilə bağlı iş davam edir: "Mən bu məsələni Milli Məclisin iclaslarının birində gündəmə gətirəndən sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva buna çox ciddi və həssas yanaşdı. Mehriban Əliyeva bu məsələni latviyalı jurnalist Tatyana Çaladzeyə həvalə edib".

Millət vəkili onu da qeyd edib ki, T.Çaladzeyə işçi qrupu verilib, texniki vasitələrlə kömək edilib: "Sənədlər ingilis dilinə çevrilib payızda Avropa İnsan Hüquqları Məhkəməsinə deyil, Haaqa Məhkəməsinə göndəriləcək". E.Axundova onu da bildirib ki, bu missiyasnı Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti