...

İKT XİN başçılarının Bakı bəyannaməsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2006 18:51 (UTC +04:00)

"Biz Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını pisləyir və erməni işğal qoşunlarının Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasında təkid edirik". Trend in verdiyi xəbərə görə, bu barədə İslam Konfransı Təşkilatının (İKT) 33-cü sessiyasının yekununa görə iyunun 21-də Azərbaycanda qəbul olunmuş Bakı bəyannaməsində deyilir.

Bəyannamədə həmçinin qeyd olunub ki, İKT ölkələri ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz yerləşməsini, qanunsuz iqtisadi fəaliyyəti və işğal olunmuş ərazilərdə təbii ehtiyatların istismarını Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına ziyan vuran hərəkət kimi gözdən keçirirlər.

Bəyannamə həmçinin Azərbaycanın tarixi və mədəni abidələrinin məhvinin davam etməsini pisləyir və beynəlxalq hüquqa müvafiq olaraq vurulan maddi ziyana görə Azərbaycana kompensasiya ödəməyi Ermənistandan tələb edir. Bəyannamədə son vaxtlar zəbt olunmuş ərazilərdə kütləvi yanğınlara görə İKT ölkələrinin narahatlığı və işğalçı qüvvələrdən ekoloji fəlakətin qarşısının alınması üçün təcili tədbirlər görmək tələbi ifadə olunur.

Bəyannamə dünya ictimaiyyətini münaqişənin dinc yolla həlli üçün lazımi tədbirlər görməyə, həmçinin İKT ölkələrini ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında Azərbaycanı dəstəkləməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti