...

Azərbaycan gəncləri Dağlıq Qarabağda planlaşdırılan ümumerməni gənclərinin yığıncağına dəvət alan dövlətlərə etiraz edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2006 15:02 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı 26 iyuldan 1 avqustadək Dağlıq Qarabağ ərazisində keçirilməsi planlaşdırılan Ümumerməni gənclərinin "Baze" (Şahin) yığıncağına dəvət alan dövlətlərə etiraz edəcək. Bu barədə Trend ə adıçəkilən hərəkatın həmtəsisçisi Fərhad Məmmədov bildlirib.

F.Məmmədov bildirib ki, bu tədbir "II panerməni - bir Millət, bir mədəniyyət" adlı festival çərçivəsində planlaşdırılıb. Tədbir zamanı 7 gün ərzində Ermənistanın hər regionunda, Djavakx və Dağlıq Qarabağda 40-a yaxın silsilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Yığıncaqda Ermənistana Rusiya, İtaliya, ABŞ, Avstriya, Avstraliya, Türkiyə, İngiltərə, Fransa, İran, və Suriyadan təxminən 2000 nəfər iştirakçının gəlməsi gözlənilir. Təşkilatçıların sözlərinə görə, festival Ermənistan prezidentinin mailiyyə dəstəyi hesabına baş tutacaq.

F.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi qaydada tanıyan, adı çəkilən festivalda iştirakı gözlənilən, xarici dövlətlərin Azərbaycandakı rəsmi səfirlilklərinə müraciət edəcəklər: "Müraciətdə Azəbaycanın Ermənistan tərəfindən işgal olunmuş ərazilərində hər hansı qeyri-qanuni fəalliyyət göstərməsi pisləniləcək. Həmçinin müharibənin bitmədiyi bir vaxtda erməni əsilli, amma xarici dövlətlərin vətəndaşı olan forum iştirakçılarının Qarabağ ərazisinə getməsi Azərbaycan Respublikası ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndiriləcək".

F.Məmmədov vurğulayıb ki, bu cür tədbirlərin Ermənistan prezidenti tərəfindən maaliyələşdirilməsi və məhz Dağlıq Qarabağda keçirilməsi son zamanlar intensivləşən Azərbaycan-Ermənistan sülh prosesinə mənfi təsir göstərir.

Xəbər lenti

Xəbər lenti