...

Vardan Oskanyan: "Ermənistan və Azərbaycan mövqelərin yaxınlaşmasına yönəlmiş hər hansı məsləhətləşmələr aparmır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2006 16:06 (UTC +04:00)

İyulun 11-də Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bəyan edib ki, hazırda İrəvan və Bakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə mövqelərin yaxınlaşmasına yönəldilmiş hər hansı məsləhətləşmələr aparmır. Mediamaks agentliyinin sualına cavab verən Vardan Oskanyan ehtimal edib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın yaxın vaxtlarda gözlənilən səfəri sülh prosesini müəyyən dərəcədə canlandıra bilər.

"Ancaq mən Amerika tərəfinin hər hansı yeni təşəbbüs irəli sürüb-sürməyəcəyini deməkdə çətinlik çəkirəm", - deyə Ermənistan xarici işlər naziri bildirib.

"Biz dəfələrlə bəyan etmişik ki, vasitəçilərin təklif etdiyi və masa üzərində qalan münaqişənin həlli variantını münasib hesab edirik. Bu, ideal sənəd olmasa da, qarşılıqlı kompromisslərin düzgün balansını əks etdirir", - deyə Vardan Oskanyan bəyan edib.

Xəbər lenti

Xəbər lenti