...

Azərbaycan ABŞ, Rusiya və Fransaya ATƏT Minsk Qrupunda növbə ilə sədrlik etməyi təklif edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2006 20:42 (UTC +04:00)

Azərbaycan diplomatları ATƏT Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransanın növbəli şəkildə ildə bir dəfə qrupun sədri seçilməsini təklif edib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, avqustun 14-də Bakıda Azərbaycan XİN-in mətbuat katibi Mətin Mirzə jurnalistlərə bildirib.

Bu ideya Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin Bakıda keçirilən iclasında irəli sürülərək müzakirə olunub. Azərbaycan diplomatlarının fikrincə, bu, həmsədr ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarına görə məsuliyyət daşıması üçün şərait yaradacaq.

M.Mirzə deyib ki, iclasın ikinci yarısında xarici işlər nazirinin müavini Araz Əzimov diplomatları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların gedişi haqqında məlumatlandırıb. Diplomatlar bu istiqamətdə təbliğatın genişləndirilməsi məsələlərini müzakirə və müvafiq təkliflərini təqdim ediblər.

İclasda XİN-in konsulluq idarəsinin rəisi Nadir Hüseynov çıxış edib.

Xəbər lenti

Xəbər lenti