...

QAT "Qarabağ məsələsinin həllinə dair Milli Platforma" ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2006 15:31 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) bir neçə gün əvvəl qəbul etdiyi "Qarabağ məsələsinin həllinə dair Milli Platforma" ilə bağlı Azərbaycan xalqına, dövlət başçısına, cəmiyyətə müraciət ünvanlayıb. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Müraciət artıq dövlət başçısına, hökumət strukturlarına, siyası partiya və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə göndərilib. Müraciətdə bildirilir ki, Milli Platforma bütün Azərbaycan cəmiyyətinin Qarabağ problemi, erməni işağlının nəticələrinin aradan qaldırılması məsələsində vahid mövqedən çıxış etməsini nəzərdə tutur. Artıq fərqli fikirlərə, hansısa müzakirələrə ehtiyac qalmadığı qeyd olunur: "Beynəlxalq təşkilatların qeyri-obyektiv münasibəti, Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfər zamanı bir daha öz ermənipərəst mövqelərini təsdiq etmələri, Ermənistanın öz işğalçı və ilhaqçı niyyətlərindən geri çəkilmək istəməməsi - bütün bunlar danışıqlar prosesinin Azərbaycanın maraqlarına uyğun olmadığını və torpaqlarımızın yalnız hərbi yolla işğaldan azad edilə biləcəyini göstərir"-deyə müraciətdə vurğulanır.

QAT Azərbaycan xalqını, hakimiyyət və müxalifət qüvvələrini, hər bir vətəndaşı mövcud reallığı, Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyəti düzgün dəyərləndirərək, Azərbaycan və Qarabağ naminə, millətimiz və dövlətlərimizin gələcəyi naminə Milli Platformaya qoşulmağa, erməni işğalçılarına qarşı vahid mövqedə dayanmağa və birlikdə savaşa qalxmağa çağırır.

Xəbər lenti

Xəbər lenti