...

Nizami Bəhmənov: "Fransa Minsk qrupunun həmsədri kimi, qondarma "erməni soyqırımı" ilə bağlı ədalətsiz mövqedə olmamalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2006 14:58 (UTC +04:00)

"Fransa parlamentində Sosialist Partiyası tərəfindən müzakirəyə çıxarılan qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması ilə bağlı məsələnin səsçoxluğu ilə qəbul olunacağına əmin deyiləm". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Şuşa şəhər icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov deyib.

O qeyd edib ki, erməni lobbisi ötən əsrin 20-ci illərdən başlayaraq bu prosesi daim gündəmdə saxlayıblar. N.Bəhmənovun sözlərinə görə, bu təbliğatın çox dərin, taixi kökləri var: "Fransızlarla ermənilər Osmanlı İmperiyasına qarşı birgə döyüşüblər. Sonradan ermənilər Fransada kök salıblar. Amma Fransa ATƏT-in Minsk qrupunda həmsədr dövlət kimi belə ədalətsiz mövqedə olmamalı, həm də bunu mütləq nəzərə almalıdır k, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Fransanın mövqeyi təkcə Türkiyəyə deyil, bütün türk dünyasına qarşı yönələn addımddır".

N.Bəhmənovun sözlərinə görə, qondarma "erməni soyqırımı"nı tanımayan şəxslərin cəzalandırılması barədə qanun qəbul edilərsə, bu, Türkiyə ilə Fransa arasında siyasi və iqtisadi əlaqələrin kəsilməsinə gətirib çıxara bilər. Onun fikrincə, həmin hadisələrlə tarixçilər məşğul olmalıdır: "Türkiyə dəfələrlə bəyan edib ki, arxivlərin açılmasının tərəfdarıdır, araşdırsınlar ki, əslində kim kimə qarşı soyqırmı törədib. Amma ermənilər 1818-ci ildən sonra harada məskunlaşıblarsa, orada bu qondarma "soyqırım" barədə təbliğat aparıblar".

Xəbər lenti

Xəbər lenti