...

QAT sülh danıqılarının sonsuz şəkildə davam etdirilməsinin yalnız işğalçı Ermənistanın maraqlarına uyğun olduğunu bəyan edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2006 16:09 (UTC +04:00)

"Cəmiyyətdə Azərbaycan hakimiyyətinin təslimçi sülh danışıqlarına getməsi ilə bağlı şübhələr yaranıb və beynəlxalq təşkilatların nümayəndələrinin, işğalçı Ermənistanın rəhbərlərinin bir sıra rəsmi açıqlamaları bu şübhələrin yaranmasına əsas verir. Ona görə də Qarabağ Azadlıq Təşkilatı iqtidarın bu məsələlərlə bağlı öz mövqeyini bildirməsini tələb edir". Trend in məlumatına görə, bu fikirlər QAT-ın noyabrın 6-da yaydığı bəyanatındandır.

QAT Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə hər hansı formada referendumun keçirilməsi, münaqişə zonasına sülhməramlı qüvvələrin gətirilməsi, işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı oyuncaq rejimə "aralıq statusu"nun verilməsi kimi məsələlərin müzakirə edilib-edilmədiyini öyrənməyə çalışır. Həmçinin nə üçün Azərbaycanın hakimiyyət nümayəndələrinin "Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi" ifadəsini işlətdiyi soruşulur. Minsk qrupu həmsədrlərinin və beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin nümayəndələrinin Dağlıq Qarabağa işğalçı Ermənistanın ərazisindən etdikləri səfərlərin qarşısının nə üçün alınmadığı, bu səfərlərə Azərbaycan tərəfindən rəsmi razılıq verilib-verilmədiyi də sual edilir.

"Azərbaycan hakimiyyəti danışıqları nə vaxta qədər davam etdirəcək? Danışıqların sonsuz şəkildə davam etdirilməsi yalnız işğalçı Ermənistanın maraqlarına uyğundur. İşğalçı Ermənistan bu yolla beynəlxalq təşkilatların, dünya birliyinin diqqətini işğal faktından uzaqlaşdırır və zəbt olunmuş ərazilərdə yaratdığı oyuncaq rejimin tanıtdırılmasına, ömrünün uzadılmasına nail olmağa çalışır"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti