Noyabrın 23-də Ermənistan Silahlı Qüvvələrinin hərbi bölmələri Azərbaycanla cəbhə xəttində atəşkəsi pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gecə saat 03.30-dan 04.20-dək erməni həbrçiləri tərəfindən Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutulub.
Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.