...

ATƏT-in növbəti başçısı: "Münaqişənin həllində biz mövcud nəticələrdən çıxış edəcəyik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2006 17:02 (UTC +04:00)

Yanvar ayından ATƏT-də sədrlik edəcək İspaniya xarici işlər naziri Migel Anxel Moratinos Moskvada bildirib ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin tənzimlənməsi məsələsində mövcud nəticə və təşəbbüslərdən çıxış ediləcək. Bu barədə "PanARMENIAN.Net." istinadən Trend xəbər verir.

"Azadlıq" radiostansiyası xəbər verir ki, M.A.Moratinos əlavə edib: "Biz həmin sahədə artıq mövcud olan nəticələr əsasında işləyəcəyik".

Xatırladaq ki, keçən həftə ATƏT-in Minsk qrupu həmsədrləri İspaniya XİN başçısı ilə görüşərək ona Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların detalları barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti