...

BQXK-nın Bakı nümayəndəliyi: Erməni əsirliyindəki azərbaycanlı əsgərlərdən biri Ermənistanda, digəri Dağlıq Qarabağdadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2007 12:00 (UTC +04:00)

Erməni əsirliyində olan iki azərbaycanlı əsgərdən biri hələ də Ermənistanda, digəri isə Dağlıq Qarabağda saxlanılır. Bu barədə Trend ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verib.

BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları dekabrın 24-də əsir düşmüş Qazaxdakı N saylı hərbi hissənin əsgəri Samir Məmmədova üç dəfə, BQXK-nın Dağlıq Qarabağdakı nümayəndəliyinin əməkdaşları isə dekabrın 31-də əsir düşmüş Füzulidəki N saylı hərbi hissənin əsgəri Eldəniz Nuriyevlə bir dəfə görüşüblər.

"Samir Məmmədov Ermənistanda, Eldəniz Nuriyev isə Dağlıq Qarabağda saxlanılır. Beynəlxlaq Qırmızı Xaç Komitəsinin nümayəndələri hər iki əsirin saxlanma şəraiti ilə tanış olublar. Samir Məmmədovun ailə üzvləri ona bir dəfə məktub yazıblar ki, komitə nümayəndələri həmin məktubu əsirə çatdırıblar. Hər iki əsirin səhhəti normaldır. Onların qaytarılması istiqamətində danışıqlar aparılır və növbəti həftə bu danışıqlar davam etdiriləcək" - G.Quliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi hər iki əsgərin yolu azaraq erməni hərbçilərinə tərəf keçdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti