...

Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti görüşün keçirilməsinə razılıq veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2007 10:50 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların davam etdirilməsi üçün növbəti görüşün keçirilməsinə razılıq veriblər. Bu barədə Trend ə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun mətbuat katibi Çeys Bimer 2007-ci il üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin iş qrafikinin növbəti görüşlərini şərh edərkən bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyan yenidən görüşmək istəklərini bildiriblər, lakin görüşün keçirilmə yeri və tarixi hələ müəyyən edilməyib. Həmçinin danışıqların formatının müəyyən edilməsi istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti