Bütün bu beş ili mən vurğulamışam ki, Qarabağ münaqişəsi mənim səlahiyyətlərimə daxil deyil. Trend xəbər verir ki, bu barədə bu gün mətbuat konfrasında Azərbaycanda missiyasını başa vuran BMT Bakı ofisinin rəhbəri Marko Borsotti bildirib.
Onun sözlərinə görə, bu məsələnin həllində BMT-nin bütün fəaliyyəti Təhlükəsizlik Şurası və Baş Assambleyanın qərarlarından asılıdır.
M.Borsotti bildirib: "Əgər biz bu sahədə işləmək tapşırığı alsaq, işimizin istiqaməti və gedişini təşkilatın baş katibi həll edəcək, lakin hazırda bu cür qərar qəbul edilməyib və başqa bir təşkilat - hazırkı anda ATƏT bu məsələ ilə məşğul olduğu halda bizim müdaxiləmiz doğru olmaz".