...

Xocalı soyqırımının ildönümü Qarsda qeyd olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2007 13:26 (UTC +04:00)

Xocalı soyqırımının ildönümü Qarsda qeyd olunacaq. Bu barədə Trend ə Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib.

Onun sözlərinə görə, faciənin ildönümü baş konsulluğun açıldığı vaxtdan hər il Qarsda qeyd olunur. Foto-sərgi təşkil olunur, video-kadrlar nümayiş etdirilir, KİV-də materiallar yayılır. Bu il tədbir Azərbaycanın eks-prezidenti Heydər Əliyevin büstünün yanında keçiriləcək. 300-dən 500-dək insanın tədbirdə iştirakı gözlənilir. Çıxışlar olacaq, dualar oxunacaq.

Bununla yanaşı, H.Zeynalov bildirib ki, bu il Xocalı soyqırmı ərəfəsində fevralın 25-də Haaqada bu faciəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Baş konsul bu tədbirdə iştirak etmək niyyətindədir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlıların yaşadığı əhəmiyyətinə görə ikinci yaşayış məntəqəsi - Xocalı qəsəbəsi erməni separatçıları tərəfindən Rusiya ordusunun 366-cı motoatıcılıq alayının hərbi qulluqçuları və hərbi texnikasının fəal iştirakı ilə işğal olunub. Bir neçə saat ərzində aralarında 106 qadın və 83 uşağın da olduğu, 600-dən çox silahsız insan öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıqla qətlə yetirilib. Dinc əhalinin qətli hələ bir neçə gün davam edib, vəhşiləşmiş işğalçılar əsirləri öldürür, qadın və uşaqları zorlayır, hərbi əsirlərin başlarını çapır və asırdılar. 487 nəfər müxtəlif dərəcəli əlil olub (onlardan 76-sı yeniyetmədir), 1275 nəfər əsir götürülüb. Əsirlərin əksəriyyətini Vətənə qaytarmaq mümkün olsa da, 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti