...

Ermənistanın keçmiş XİN rəhbərinin fikrincə , Türkiyə ilə münasibətlərin bərpa olunması problemi həll olunmayınca Qarabağ probleminin həlli mümkün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2007 20:08 (UTC +04:00)

Türkiyə ilə münasibətlərin bərpa olunması problemi həll olunmayınca Qarabağ probleminin həlli mümkün deyil. Novosti-Armeniə -nın məlumatına əsasən bu fikri bu gün Yerevanda "Miras" müxalifət partiyasının sədri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyan jurnalistlər qarşısında səsləndirib. "Əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə əlaqələrinin bərpa edilməsi sinxron xarakter daşıyır və bir-birilə sıx əlaqədardır", deyə o, qeyd edib.

R.Ovannisyanın fikrincə, Türkiyə və Azərbaycan Ankaranın rəsmi Bakıya fikir və mövqeyinə təsirini aradan qaldırmaq üçün kifayət qədər sıx əlaqələrə malikdir.

"Çox ümid edirəm ki, Ermənistan və Türkiyə arasında münasibətlər hər halda bərpa olunacaq. Belə ki, Türkiyənin Ermənistana qarşı blokadası ilk növbədə Avropa Birliyinə can atan mötəbər "baqajı" olan Türkiyənin özü üçün qonşuları ilə münasibətdə sərfəli deyil", deyə Ovannisyan bildirib.

"Türkiyənin üzvlüyü həmçinin Ermənistan üçün də sərfəlidir, belə ki, Türkiyə həmçinin tarixi keçmişi ilə bağlı problemlərə görə Avropa ailəsinə üzv olmaq vəziyyətində deyil", deyə "Miras"ın lideri bildirib.

Xəbər lenti

Xəbər lenti