...

Ermənistanın XİN rəhbəri: Cenevrədəki görüşü irəliləyiş hesab etmək olmaz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Mart 2007 14:23 (UTC +04:00)

Ermənistanın XİN rəhbəri bu gün Yerevanda tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinin əks olunduğu sənədin imzalanmasna çox yaxın olmadıqları ilə bağlı təəssüfünü bildirib. Bu barədə " agentliyi məlumat verib.

Bu gün Yerevanda mətbuat konfransında çıxış edən Oskanyan bildirib ki, müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır və Cenevrədəki son görüşü irəliləyiş hesab etmək olmaz. Ermənistan XİN rəhbəri Ermənistandakı parlament seçkilərindən sonra Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məqsədilə tərəflərin məsləhətləşmələr aparacağına ümidvar olduğunu bildirib.

Vardan Oskanyan bəyan edib ki, Ermənistan bu gün danışıqlar masasında olan sənədin əsasında danışqları davam etdirməyə hazırdır. Onun sözlərinə görə, 1996-cı ilə əsası Dağlıq Qarabağ xalqının referendum keçirilməsi yolu öz müqəddəratını müəyyən etmə hüququnun tanınması olan sənədin müzakirə olunmasını yalnız arzu etmək olardı.

Xəbər lenti

Xəbər lenti