...

Ermənilər Moskvada Azərbaycan gəncləri ilə süni sürətdə dava törədiblər –versiya 4

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Moskvada Rusiyanın Xalqlar Dostluğu Universitetində (RXDU) bayram tədbirinin sonunda azərbaycanlı və erməni gəncləri arasında böyük dava olub.

Hələ RXDU-də təşkil olunan tədbirin gedişi zamanı ermənilər bir neçə dəfə azərbaycanlı gəncləri süni surətdə gərginliyə təhrik ediblər. Ermənilərin tanınmamış separatçı Dağlıq Qarabağ rejiminin bayrağı ilə rəqs etdiklərini görən azərbaycanlı tələbələr bir neçə dəfə onlara bu cür hərəkətlər etməmək barədə xəbərdarlıq ediblər. Bundan əlavə azərbaycanlı tələbələr ermənilərin qanunsuz və təhrikedici hərəkətləri barədə hüquq-mühafizə orqanları və RXDU rəhbərliyini xəbərdar ediblər. Ermənilər isə azərbaycanlı gənclərin xahişini kobud surətdə rədd edərək açıq şəkildə antiazərbaycan ədəbiyyatı yayarkən azərbaycanlıların ciddi etirazı ilə qarşılaşıblar. Dava zamanı azərbaycanlılardan biri qondarma "DQR" in bayrağını cırıb.

Hətta xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı, XTPD dəstələrinin gəlməsi və havaya atəş açılmasına baxmayaraq azərbaycanlılar və ermənilər arasında dava davam edib.

64 saylı Moskva xəstəxanasından Trend ə verilən məlumata görə, dava zamanı güllə yarası alaraq xəstəxanaya gətirilmiş azərbaycanlı Ağəli Alışovdur. Onun 22 yaşı var.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələləri üzrə müşaviri Nigar Axundovanın çərşənbə günü Moskvadan telefonla verdiyi məlumata görə, yaralananlardan Ağəli Alışov hazırda 64 nömrəli xəstəxanadadır. O, artıq əməliyyat olunub və durumu yavaş-yavaş normallaşır. Dava zamanı Alışov qarın nahiyəsindən güllə yarası almişdı. Axundovanın sözlərinə görə, daha üç azərbaycanlı gənc yüngül bıçaq zərbəsi alsa da, səhiyyə müəssisələrinə müraciət etməyib.

Universitetdən, habelə Obruçevski rayon daxili işlər idarəsindən hələlik baş verən insidentlə bağlı hər hansı bilgi almaq mümkün olmayıb.

Rusiya Xalqlar Dostluğu Universitetində baş verən hadisəinin səbəblərinin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb. Bu barədə çərşənbə günü Trend ə telefonla məlumat verən adı çəkilən ali təhsil ocağının mətbuat katibi Qalina Kuzmina bildirib ki, komissiyada yalnız universitet nümayəndələri yer alıb. Onun sözlərinə görə, komissiyanın işinə hüquq-mühafizə orqanlarının təmsilçiləri cəlb edilməyib.

Kuzmina qeyd edib ki, insidentlə bağlı bütün şərhlər yalnız komissiyanın müvafiq rəyindən sonra veriləcək. O həmçinin əlavə edib ki, dava-dalaşda iştirak edənlərin əksəriyyəti RXDU-nun tələbələri olmadığı üçün məsələ ilə bağlı Moskva Şəhər Daxili İşlər İdarəsi məşğul olur. Konkret olaraq bu işə Obruçenski rayonunun daxili işlər şöbəsinin əməkdaşları cəlb olunub. RXDU-nun mətbuat katibi onu da deyib ki, yaralananlar (onların sayı dəqiqləşdirilməyib) arasında sözügedən universitetin tələbələri yoxdur.

Xəbər lenti

Xəbər lenti