...

Avropa Şurasının baş katibi ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda keçiriləcək prezident seçkilərinədək həll olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2007 11:35 (UTC +04:00)
Avropa Şurasının baş katibi ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda keçiriləcək prezident seçkilərinədək həll olunacaq

Fransa, Strasburq /müx. Trend A.İsmayılova/ Avropa Şurasının baş katibi Terri Devis Strasburqda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinədək həll ediləcəyinə ümid edir.

Azərbaycanlı jurnalistlərlə görüşdə Devis qeyd edib ki, bu, həm Azərbaycan, həm də Ermənistan xalqının marağındadır. O ümid edib ki, Azərbaycandakı prezident seçkiləri danışıqların gedişatına təsir göstərməyəcək.

Avropa Şurasının baş katibi hesab edir ki, Azərbaycan xalqı öz diqqətini təhsil, səhiyyə, məşğulluq və digər sosial problemlərə yönəltməlidir. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi həll olunmadığı üçün Azərbaycanla Ermənistan müdafiə məqsədilə böyük vəsaitlər xərcləyirlər. Halbuki, bu pulları iki ölkədə mövcud sosial problemlərin həllinə yönəltmək olardı.

Devis həmçinin Azərbaycana seçkilərin təşkili məsələsində Ermənistanla rəqabət aparmağı tövsiyə edib. "Azərbaycanda çalışmalıdırlar ki, sekilər Ermənistandakından daha yaxşı keçsin" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti