Azərbaycan, Bakı/müxbir Trend A.İsmayılova/ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov çərşənbə günü Bakıda bəyan edib ki, Azərbaycan və Ermənistan arasında mümkün razılaşma tərəfləri yalnız 50% razı sala bilər.
Çərşənbə günü Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında Merzlyakov qeyd edib ki, onlar mümkün razılaşmanın necə olacağını artıq təsəvvür edə bilir.
Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, razılığa gəlmək üçün iki ölkə xalqını kompromis və sülhə hazırlamaq lazımdır. "Yalnız müharibə barədə danışaraq sülhə nail olmaq mümkün deyil", deyə o bildirib.
Amerkialı həmsədr Metyu Brayza qeyd edib ki, vaxtaşırı İlham Əliyev və Robert Köçəryan səs-küylü və yaxşı bəyanatlar səsləndirir. O, xüsusi olaraq İlham Əliyevin razılığa nail olmaq üçün addım olmuş sonuncu bəyanatını qeyd edib. Brayza Ermənistan prezidentinin analoji yolla hərəkət edəcəyinə ümidvar olduğunu bildirib.