...

Dünya azərbaycanlılarnın beynəlxalq Qarabağ Formu separatçıların "seçki" keçirmək cəhdini pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya azərbaycanlılarnın beynəlxalq Qarabağ Formu iyulun 19-da Dağlıq Qarabağda separtçı rejim tərəfindən qondarma "seçki" keçirmək cəhdini pisləyib. Forumun çərşənbə axşamı keçirilən toplantısında bu barədə müzakirələr aparılıb.

Toplantı barədə Forumun sədri Həsən Həsənov məlumat verib.

Forum hesab edir ki, Ermənistan prezidenti Robert Koçaryanın son zamanlar səsləndirdiyi fikirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin nikbin bəyanatlarına tamamilə ziddir. Forum həmçinin hesab edir ki, Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları nəticəsində torpaqların işğaldan azad ediləcəyi qənaəti azalır. Ona görə də Azərbaycan iqtidarı xalqı bir araya gətirərək işğal olunmuş torpaqları azad etmək üçün konkret tədbirlər görməlidir.

Beynəlxalq Qarabağ Forumu həmçinin bu qənaətdədir ki, erməni separatçılarının qondarma "prezident seçkiləri" keçirmək cəhdi Ermənistanın sülh prosesində qeyri-səmimi olduğunu bir daha göstərir. Azərbaycan Konstitusiyası və həmçinin beynəlxalq hüquq normaları pozulduğuna görə beynəlxalq təşkilatlar Ermənistanla bağlı tədbirlər görməlidir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti