Azərbaycan, Bakı /müx. Trend K. Ramazanova/ Azərbaycan və Ermənistan prezidentlərinin noyabr ayında növbəti görüşünün keçirilməsi ehtimalı var. Bu barədə cümə günü Bakıda ABŞ dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edib.
Azərbaycanın xarici işlər naziri Elmar Mmmədyarovla görüşdən sonra Brayza qeyd edib ki, onlar prezidentlərin Sankt-Pererburq görüşünün nəticəsindən təəssüf hissi keçirirlər. "Lakin Azərbaycan və İrəvana səfər etdikdən sonra biz gördük ki, proses davam edir" - deyə amerikalı həmsədr əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olub və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.