...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən daha bir hərbi qulluqçunun saxlanılması barədə məlumatı təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşının saxlanılması haqqında məlumatı təkzib edir. Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri sırasında bu ad və soyadda hərbi qulluqçu yoxdur.

Ermənistan KİV-i avqustun 2-də Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin şimal-şərq şimal-şərq istiqamətində Qarabağ tərəfinə keçən Azərbaycan vətəndaşını saxlayıblar. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın Əsir və itgin düçmüş şəxsləri məsələləri üzrə Dövlət Komissiyasından "Mediamaks"a verilən məlumata görə, onun üzərində şəxsiyyətini təsdiq edən sənədlər olmayıb. Saxlanılan şəxs özünü 1978-ci ildə doğulmuş Tərtər sakini Əliyev Anar Marif oğlu kimi təqdim edib.

Xəbər lenti

Xəbər lenti