...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avqustun üçü və dördündə müxtəlif saatlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən fasiləsiz olaraq atəşkəs rejimi pozulub. Bu barədə şənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, atəşkəs rejiminin pozulması Ağdamın Çıraqlı, Əhmədağalı, Sarıcalı, Şıxlar, Tərtərin Karmiravan və Goranboyun Tapqaraqoyunlu kəndlərində daha geniş şəkil alıb.

Avtomat və pulemyotlardan aramsız atəşlər açan düşmən cavab atəşi ilə susdurulub, itgi yoxdur.

Xəbər lenti

Xəbər lenti