...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri cümə və şənbə günləri müxtəlif saatlarda atəşkəsi növbəti dəfə pozub. Bu barədə şənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, erməni hərbçiləri cümə günü axşam 23.10-dan 23.30-dək Ağdam rayonunun Tağıbəyli kəndinin 1,6 km şimal-şərqində yerləşən mövqelərindən, həmin rayonun Qaraqaşlı kəndinin 2 km şimal-şərqində yerləşən mövqelərindən, həmçinin şənbə günü saat 04.35-dən 05.00-dək Tərtər rayonunun Cerabert kəndinin mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomatlardan atəşə tutub.

Son üç ay ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması intensivləşib. Atəşkəsin pozulması əsasən Ağdam, Tərtər və Goranboy istiqamətlərində qeydə alınır. Bu müddət ərzində Azərbaycan Milli Ordusunun bir neçə əsgəri şəhid olub.

Atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb və düşmən cavab atəşi ilə susdurulub.

Ağdam paytaxt Bakıdan 375 kilometr cənub-qərbdə, Tərtər isə 320 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti