Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan və Litva hökumətləri arasında əməkdaşlığa dair bir neçə saziş imzalanıb. "ANS" telekanalına istinadən Trend məlumat verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin cümə axşamı Litvaya rəsmi səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində əvvəlcə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Litva prezidenti Valdas Adamkus arasında təkbətək görüş keçirilib. Bundan sonra hər iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş olub. Görüşdən sonra tərəflər arasında əməkdaşlığa dair bir neçə saziş imzalanıb.
Bu gün Azərbaycan və Litva prezidentlərinin iştirakı ilə hər iki ölkənin iş adamlarının qatıldığı biznes forum keçiriləcək.
Gün ərzində həmçinin Azərbaycan prezidentinin Vilnüsün tarixi məkanları ilə tanış olması, qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət etməsi nəzərdə tutulur.