...

ABŞ Dövlət departamentinin hesabatı ictimai fikrə artıq təsir göstərmir

Siyasət Materials 16 Sentyabr 2007 03:06 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir S. İlhamqızı ABŞ Dövlət departamentinin illik hesabatı ictimai fikirə artıq əvvəlki illərdəki təsirini itirib, DEVAMM sədri, azərbaycanlı hüquq müdafiəçisi İlqar İbrahimoğlu belə hesab edir.

ABŞ Dövlət departamenti 14 sentyabrda 2006-cı ildə insan haqları və dini azdlıqlar haqqında hesabat yayıb. Sənəddə Azərbaycanda Konstitusiya ilə məhdudiyyətsiz dini hüquqlar mövcud olduğu halda dini hüquqların məhdudlaşdırılması geniş yer alıb. Qeyd olunur ki, bir neçə dini qrupların qeydiyyatına icazə verilməyib, bəzilərinin üzvləri həbs olununrdu, dini ədəbiyyatın yayılmasına qoyulan qadağa davam edib. Yerli orqanlar və ya Komitənin məmurları Baptistlərə, İeqova Şahidlərinə və digər qeydiyyata düşmək və dini fəaliyyət aparmaq istəyən qurumlara tez tez maneələr yaradıb. Məruzədə müsəlman dini təşkilatlarının fəaliyyətinə də qoyulan məhdudiyyətlər yer alıb.

Şənbə günü İbrahimoğlu Trend ə deyib ki, baxmayaraq ki, monitorinqi keçirən və hesabatı hazırlayan Departamentin işçidəri arasında çoxlu sayda layiqli və öz missiyasını qərəzsiz yerinə yetirən insanlar olmasına baxmayaraq, son illər Buş administrasiyasının bu cür tövsiyyələrə mənəvi haqqı nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Azərbaycanda insan haqları və vicdan azadlığına toxunan İbrahimoğlu əminliklə bildirdi ki, bırada "məlum dramatik səhnə mövcuddur, və onu dərk etmək üçün beynəlxalq təşkilatların sənədlərinə müraciət etməyə ehtiyac yoxdur". Hicabla vəziyyəti misal gətirən hüqüq müdafiəçisi inanclı qadınlara artıq 9 il müddətində pasport və şəxsiyyət vəsiqəsi üçün hicabda şəkil çəkdirməyə icazə verilməməsini absurd adlandırdı. Halbuki ATƏT ərazisində bu problem yoxdur. İbrahimoğlunun sözlərinə görə, hətta Kırğızstan və Rusiyada qısa qadağa dövründən sonra hökümət güzəştə gedərək hicab hüququna icazə verdilər, və bu vicdan azadlığına olan fundamental hüquqdur.

DEVAMM başçısı əlavə etdi ki, hər yeni dərs ili başlayarkən bəzi tədris müəssisələrinin rəhbərləri hicablı öyrəncilər üçün problemlər yaradırlar. Və yenicə başlayan bu tədris ilində də artıq ilk siqnallar daxil olur. "Mənə belə gəlir ki, insan haqlarının və vicdan azadlığının qorunması ilk növbədə bizim özümüz üçün, ölkənin vətəndaşları və hakimiyyəti üçün vacibdir. Çünki dövlətin əsas konstitusion missiyası insanların konstitusiya hüqüqlarına və azadlıqlarına zəmanət verməsidir" - deyə İbrahimoğlu qeyd etdi.

Xəbər lenti

Xəbər lenti