...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıb

Siyasət Materials 17 Sentyabr 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bazar ertəsi Oslo şəhərində (Norveç) Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində "Müdafiə siyasəti və strategiyası üzrə" konfrans başlayıb. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Türkiyənin Ankara şəhərində "Anadolu Qartalı-2008" təliminin ilkin Planlaşdırma Konfransı keçirilir.

Azərbaycan ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Münhen şəhərində "Mühəndis-istehkam Qoşunları-Ekspert" danışıqları başlayıb və sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti