...

Rusiyalı analitik: "Ekspertlərin Bakıda görüşünün məqsədi ABŞ-ı Qəbələ RLS-i istifadə etməyə inandırmaqdır"

Siyasət Materials 18 Sentyabr 2007 15:02 (UTC +04:00)
Rusiyalı analitik: "Ekspertlərin Bakıda görüşünün məqsədi ABŞ-ı Qəbələ RLS-i istifadə etməyə inandırmaqdır"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Rusiyalı ekspertlərin Bakıda Amerikalı ekspertlərlə bugünkü görüşünün məqsədi onları Qəbələ RLS-i istifadə etməyə inandırmaqdır. "Rusiyalı ekspertlər amerikalılara İran ərazisindən buraxılmış raketlərin Qəbələ RLS-lə qeydə almağın mümkünlüyünü göstərəcəklər" - deyə çərşənbə axşamı rusiyalı hərbi ekspert, analitik, "Yejenedelnıy jurnal" baş redaktorunun müavini Aleksandr Qolts bildirib.

Rusiya, ABŞ və Azərbaycan ekspertləri bu gün Qəbələ radiolokasiya stansiyasının birgə istifadə olunması üçün texniki imkanlarını öyrənəcəklər.

Amerikanın ekspert qrupunun tərkibinə Pentaqon, Raket əleyhinə müdafiə üzrə Agentlik və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, həmçinin radiolokasiya üzrə mütəxəssislər daxildir. Rusiaya nümayəndə heyətinə Müdafiə və Xarici İşlər nazirliklərinin, baş qərargahın baş və mərkəzi idarələrinin nümayəndələri daxildir. Azərbaycan tərəfini isə Müdafiə, Milli Təhlükəsizlik, Xarici İşlər nazirliklərinin və Milli Elmlər Akademiyasının nümayəndələri təmsil edəcəklər. Qolts telefonla Moskvadan bildirib ki, ABŞ Avropada RƏM sisteminin quraşdırılmasından imtina etməlidir. Bunun əvəzində Qəbələdə beynəlxalq monitorinq mərkəzi yaradılacaq. Qoltsun sözlərinə görə, raketin ilk uğurlu sınağı üç ildən beş ilə qədər müddəti əhatə edir. "İran raketləri qeydə alınandan sonra, Rusiya və ABŞ-ın İran ətrafında raket əleyhinə müdafiə yaratmaq üçün vaxtları çatacaq" - deyə Qolts söyləyib.

"Qəbələ RLS raketi qeydə alır və onun traektoriyasını müəyyənləşdirir, lakin hədəfi raket tutanlara ötürmür. Bu RLS-in əsas çatışmazlığı da budur" - deyə ekspert əlavə edib.

Stansiyanın birgə istifadə olunmasını Rusiya prezidenti Vladimr Putin iyun ayında "Böyük səkkizlər"in görüşündə təklif edib.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdfafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq, stansiyanın birgə istifadə olunmasını təklif edib. Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti