...

MDB Parlamentlərarası Assambleyasının komissiyası itkin düşənlərlə bağlı qanun layihəsini müzakirə edəcək

Siyasət Materials 18 Sentyabr 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /MDB Parlamentlərarası Assambleyasının Sosial Müdafiə və İnsan Hüquqları Daimi Komissiyasının sentyabrın 20-dən 21-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək iclasında, birliyə üzv olan ölkələrdə itkin düşənlərlə bağlı qanun layihəsi müzakirə ediləcək. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda, həmçinin, həmvətənlərin hüquqları haqqında təşkilata üzv olan dövlətlərin Konvensiya layihəsinə, uşaq hüquqlarının əsas təminatları barədə model qanun layihəsinə, MDB ölkələrində miqrasiya proseslərinin tənzimlənməsi, kurortlar və s. məsələlərə baxılacaq. İclasda MDB Parlamentlərarası Assambleyasının Sosial Müdafiə və İnsan Hüquqları Daimi Komissiyasının sədri, Milli Məclisin deputatı Arif Rəhimzadə məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti