...

General Yakuşin: " Qəbələ RLS-də aparılan məsləhətləşmələr ABŞ-ın RƏM üzrə Rusiya ilə əməkdaşlıqda maraqlı olduğuna inandırır" (video)

Siyasət Materials 18 Sentyabr 2007 20:20 (UTC +04:00)
General Yakuşin: " Qəbələ RLS-də aparılan məsləhətləşmələr ABŞ-ın RƏM üzrə Rusiya ilə əməkdaşlıqda maraqlı olduğuna inandırır" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynov/ Azərbaycan, Rusiya və Amerika ekspertlərinin Qəbələ RLS-də üçtərəfli məsləhətləşmələri bizi, ABŞ-ın raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq üzrə gələcək dialoqda maraqlı olduğuna inandırır. Bu barədə çərşənbə günü Qəbələ RLS-də məsləhətləşmələrin yekununa əsasən, Rusiya kosmik qüvvələr qərargahının rəis müavini Aleksandr Yakuşin bildirib.

"Tədbirin məqsədi - hər şeydən öncə, amerikalı həmkar və ekspertlərin Qəbələ RLS-lə tanışlığıdır. Biz RLS-in təyinatı, tərkibi, həll edə biləcəyi tapşırıqlar, əsas taktiki-texniki xarakteristikası haqqında danışdıq Onun inkişaf perspektivi, əlbəttə, əgər işlərin görülməsi barədə siyasi qərara qəbul edilərsə, xüsusilə, modernziasiya hissəsi barədə məlumat verdik",-deyə söyləyən Yakuşin qeyd edib ki, amerikalı ekspertlər məsləhətləşmələr zamanı dar dairədə, demək olar, bütün suallarına cavab tapdılar.

"Zənn edirəm ki, aparılan işlər düzgün qərar qəbul etmək, ilk növbədə bu gün Qəbələ RLS-in hərbi cəhətdən hazır olması, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməsini anlayaraq ,öz rəhbərliklərimizə razılaşdırılmış materiallar hazırlamağa xidmət edir. İkincisi, stansiya real hərbi növbətçilik aparır, daim hərbi cəhətdən hazır vəziyyətdədir",-deyə Yakuşin bildirib.

O, aparılan məsləhətləşmələri səmərəli və olduqca faydalı adlandırıb. Yakuşinin sözlərinə görə, məsləhətləşmələr ümumi müzakirə və brifinqlərdən RLS-də "yerindəcə praktiki fəaliyyətə" keçməyə imkan verdi.

"Hesab edirəm, biz oktyabrda keçirləcək iki üstəgəl iki formatında - Rusiya və ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin görüşünə daha uzlaşdırılmış mövqe təqdim etməyə hazırıq",-deyə Yakuşin bildirib.

Xəbər lenti

Xəbər lenti