...

Azərbaycandakı tarixi abidələrlə bağlı qanun layihəsi hazırlanır

Siyasət Materials 19 Sentyabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın mədəni və tarixi abidələrinin qorunması prosesinin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə çərşənbə günü Bakıda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib.

"Azərbaycanın mədəni irsi olan Qobustan qoruğu, Göy-göl gölü, Azıx mağarası, İçəri Şəhərin qorunması üçün bu tarixi abidələrə dair qanunların qəbul olunmasına ehtiyac var", -deyə Hüseynov bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələri öz mədəni və tarixi irsini, abidələrini qoruyub-saxlamaq üçün onlara dair qanunlar qəbul edirlər: "Belə olanda, tarixi abidələrin YUNESKO-nun siyahısına düşməsi prosesi də asanlaşır və tarixi abidələr, mədəni irs beynəlxalq qanunlarla mühafizə olunur".

Qanun layihəsi mədəni və tarixi abidələrin hüquqi statusunu müəyyən edəcək, onların dövlət tərəfindən qorunmasını tənzimləyəcək, tarixi və mədəni abidələrdən və irsdən istifadənin qaydalarını müəyyən edəcək.

Xəbər lenti

Xəbər lenti