İşdən azad olunmuş gürcü qubernatoru rüşvətxorluq üstündə saxlanılıb
Bazar günü səhər Gürcüstan hüqüq mühafizə orqanları dövlət sərhədini keçən zaman Şida Kartli bölgəsinin keçmiş qubernatoru Mixail Karelini saxlayıblar.
Keçmiş qubernator rüşvətxorluqda və sənaye biznesində qanunsuz iştirakda günahlandırılır .
Qazeta .r u xəbər verir ki , Gürcüstan baş prokurorunun müavini Nika Qvaramiyanın bu günkü bəyanatına əsasən , yaxın vaxtda Karelii məhkəmə qarşısına çıxacaq .
Prokuror müavininin sözlərinə görə , hüquq mühafizə orqanları həmçinin qanunsuz pul mənimsəməkdə ittiham olunan " Qorkon " SC-nin direktoru Yelena Çituaşvilini də saxzlayıblar . Onun verdiyi izahatlar Kareli əleyhinə iş qaldırmağa əsas verdi . Öncə Kareli xüsusi xidmət orqanlarının işindən narazı olduğu üçün prezident tərəfindən işdən azad olunub .