...

ATƏT Parlament Assambleyasının gündəliyi açıqlanıb

Siyasət Materials 24 Sentyabr 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /ATƏT Parlament Assambleyası Cənub-Şərqi Avropada təhlükəsizliyə nail olmaq məsələsini müzakirə edəcək. Bu barədə bazar ertəsi Milli Məclisdən məlumat verilib.

Sentyabrın 29-dan oktyabrın 2-dək Sloveniyada ATƏT Parlament Assambleyasının konfransı keçiriləcək.

"Cənub-Şərqi Avropada təhlükəsizliyə nail olmaq məsələsində parlamentarilərin rolu" adlanan konfransda Xorvatiyada yerli və regional səviyyədə demokratik idarəetmənin səmərəliliyi, Cənub-Şərqi Avropada şəhərlərin idarə olunması, tolerantlığa dəstək üçün insan haqlarının tədrisi, Şərqi Xorvatiyada qarışıq məktəblərin inkişafına dəstək məsələləri müzakirə olunacaq.

Bundan başqa, Bosniya və Hersoqoviniyada təhlükəsizlik məsələlərinə lazımı diqqətin göstərilməsi, Cənub -Şərqi Avropa universiteti yeni çoxdillilik və çoxmillətliliyin nümunəsi kimi, Cənub-Şərqi Avropada energetika böhranı və bu böhranın həllində regional əməkdaşlıq necə rol oynaya bilər, təhlükəsizliyin energetika və iqtisadi çağırışları və energetika cəmiyyəti prosesinin məqsədi: Cənubi-Şərqi Avropa regionunda Avropa İttifaqının daxili bazarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Konfransın sounucu günü ATƏT və Aralıq dənizi ətrafında yerləşən ölkələrdə çağırış və perspektivlər mövzusunda müzakirələr aparılacaq.

Azərbaycanı konfransda ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Azay Quliyev təmsil edəcəklər.

Azərbaycan ATƏT Parlament Assambleyasında altı deputatla təmsil olunur. Bunlar Bahar Muradova, Rəbiyyət Aslanova, Fazil Mustafayev, Fəttah Heydərov, Eldar İbrahimov və Azay Quliyevdir.

Xəbər lenti

Xəbər lenti