...

Azərbaycanın və Rusiyanın birinci xanımları Moskva festivalında iştirak edə bilərlər

Siyasət Materials 28 Sentyabr 2007 18:58 (UTC +04:00)
Azərbaycanın və Rusiyanın birinci  xanımları Moskva festivalında iştirak edə bilərlər

Rusiya, Moskva / Trend , müxbir R. Ağayev/ Azərbaycanın və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Lyudmila Putina oktyabrın 9-11-də Moskvada keçiriləcək "BiblioObraz -2007" festivalında iştirak edə bilərlər.

Trend ə festivalın təşkilati komitəsindən verilən məlumata görə, "BiblioObraz -2007" çərçivəsində bir sıra tədbirlər keçiriləcək ki, bu tədbirlərin sırasına "Azərbaycana musiqili səyahət", yəni kitabın və məktəb multimediasının səhnələşdirilmiş təqdimatı, milli musiqi alətləri ilə tanışlıq, rus rəssamı S.S. Qaqarinin gözü ilə Azərbaycanın milli geyimlərinin təqdimatı daxildir.

Növbəti mövzu "Möcüzəli atəşfəşanlıq" mövzusudur ki, bu zaman məktəb teatrları üçün gəlinciklərin hazırlanması və ipək üzərində naxışlar üzrə ən yaxşı əsərlər təqdim olunacaq. Oğlanın və daylağın dostluğundan bəhs edən "Dostluq" filminin təqdimatı və rejissor Lalə Axundova ilə görüş də baş tutacaq. Pantomim teartrı Azərbaycan folkloru motivləri əsasında "Məlikməmməd" nağılından fraqmentlər nümayiş etdirəcək, interaktiv şou Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski tərəfindən aparılacaq.

Həmçinin Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçiriləcək və rəssam Nüsrət Hacıyevin "Məlikməmməd" nağılının motivləri əsasında uşaq kitablarına çəkdiyi illisturasiyaları ilə tanışlıq aparılacaq.

Xəbər lenti

Xəbər lenti