...

Vilnüs sammitində beş ölkənin prezidenti bir araya gələcək

Siyasət Materials 29 Sentyabr 2007 20:17 (UTC +04:00)
Vilnüs sammitində beş ölkənin prezidenti bir araya gələcək

Azərbaycan, Bakı / Trend müx. A. Qasımova/ Oktyabırn 10-dan 11-dək Vilnüsdə energetika sadəsindəki təhlükəsizliklə bağlı keçiriləcək sammitdə beş ölkənin prezidenti iştirak edəcək. Bu barədə Trend ə Litva prezidentinin mətbuat xidmətindən məlumat veriblər.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex Kaçinski və Ukrayna prezidenti Viktor Yuşenko qatılacaq.

Sammit oktyabrın 10-da günün ikinci yarısında prezident sarayında "Enerji daşımalarının yeni yolları: Krakov konfransından sonrakı addımlar" mövzusunda keçiriləcək dəyirmi massa ilə açıq elan olunacaq. Sonra mətbuat konfransı və işgüzar şam yeməyi nəzərdə tutulur. Burada AB-nin energetika üzrə komissarı Andris Piebalqsın "AB-nin qlobal enerji çağırışlarına cavabı" adlı əsas məruzə ilə çıxışı gözlənilir.

Növbəti gün Reval Hotel Lietuva otelində konfrans Litva prezidentinin "AB-nin xarici enerji siyasətinin inkişafı ilə bağlı təkliflər" mövzusundakı çıxışı ilə açılacaq. Sonra "Enerji təhlükəsizliyinin qlobal çağırışları və AB-nin xarici enerji siyasəti" mövzusunda dəyirmi masa keçiriləcək.

Növbəti dəyirmi masa "Xəzər və Qara dəniz regionları ilə enerji əməkdaşlığının inkişafı: enerji bazarının genişləndirilməsi məqsədilə" mövzusunda olacaq. Bu tədbiri Azərbaycan prezidenti İlham Əliyev açacaq. Burada həmçinin Rumıniya prezidenti Trayan Basesku, Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstanın baş naziri Zurab Noqaideli, Türkmənistanın neft-qaz sənayesi və mineral resursları naziri Baymırat Xocamuxammedov, Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər və digərlərinin çıxış edəcəyi gözlənilir. Nahar yeməyindən sonra konfransın nəticələri açıqlanacaq və yekun mətbuat konfransı keçiriləcək.

Konfransda həmçinin ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın, habelə 20-dən çox ölkə təmsilçisinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti