...

Ukrayna Ali Radasına iki azərbaycanlı seçilib

Siyasət Materials 1 Oktyabr 2007 16:36 (UTC +04:00)
Ukrayna Ali Radasına iki azərbaycanlı seçilib

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bu bazar günü keçirilən seçkilər zamanı Ukrayna Ali Radasının yeni heyətinə Ukraynada yaşayan iki azərbaycanlı daxil olub. Eduard Zeynalov və Oleq Babayev öz namizədliklərini "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" və Yuliya Timoşenko Blokundan irəli sürüblər. Bu barədə bazar ertəsi telefonla Kiyevdən Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.

"İlkin hesablamalara müvafiq olaraq, lazımi sayda seçici səsi toplayan hər iki namizəd partiya siyahısına daxildir" - deyə səfir bildirib. Zeynalov prezident tərəfdarı olan "Bizim Ukrayna - Xalq Özünümüdafiə" blokunun siyahısında 76-cı yerdə hesab olunur.

2006-cı ilin aprel ayından Ukrayna prezidenti tərəfindən 2007-ci il yazında Parlamentin buraxılmasına qədər o, V çağırışda Ali Radanın xalq deputatı və "Bizim Ukrayna" fraksiyasının üzvü idi.

"Bizim Ukrayna - Xalq Özünümüdafiə" bloku üzvlərinin həyata keçirdiyi paralel hesablamalara müvafiq olaraq, bu siyasi qüvvə 19,62 faiz seçici səsi toplayıb.

Belə olan halda, bu məlumata müvafiq olaraq, KİV-ə elan olunan hesablamalar üzrə "Bizim Ukrayna - Xalq Özünümüdafiə" bloku Ali Radada 90-a yaxın deputatla təmsil olunacaq.

Ukrayna parlamentinə deputatlığa digər namizəd Yuliya Timoşenko Bloku siyahısıın yüxarı yerlərində qərarlaşıb.

Onlardan əlavə, daha üç azərbaycanlı indiki seçkilərə öz namizədliklərini irəli sürüb. Lakin onların deputatlar siyahısına daxil olacağı hələ məlum deyil" - deyə səfir əlavə edib.

Ukrayna MSK tərəfindən seçkilərin rəsmi nəticələri günün sonunda elan olunacaq.

Xəbər lenti

Xəbər lenti