...

Akif Nağı növbəti dəfə QAT-ın sədrliyinə namizəddir

Siyasət Materials 8 Oktyabr 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Natı qurumun dekabrda keçiriləcək III qurultayında növbəti dəfə sədrliyə namizəd olacaq. Bu barədə Trend ə QAT sədri Nağı özü açıqlama verib.

QAT-ın Ali Məclisinin bazar ertəsi keçirilən toplantısında təşkilatının III qurultayının çağırılmasına və dekabrın ikinci yarısında keçirilməsinə qərar verilib.

QAT sədrinin sözlərinə görə, o, qurultayda növbəti dəfə sədrliyə namizədliyini irəli sürmək niyyətindədir. Lakin Nağının sözlərinə görə, seçkidə mütləq ona alternativ namizədlər olacaq.

QAT Qarabağın ermənilərin işğalından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir. Qurumun rəhbəri Nağı tarix elmləri namizədi, dosentdir. O, sırf Qarabağ yönümdə fəaliyyət göstərmək niyyətini əsas gətirərək təmsil olunduğu müxalifətçi Müsavat Partiyasından ötən il istefa verib.

Xəbər lenti

Xəbər lenti