...

RF prezidenti: Xəzər dənizi regionunda hərbi qüvvədən istifadə gərəksizdir

Siyasət Materials 26 Sentyabr 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ "Rusiya Xəzər dənizi regionunda hərbi qüvvədən istifadə olunmanın əleyhinədir" - deyə Rusiya Federasiyanın prezidenti Vladimir Putin İranda Xəzəryanı ölkələrin sammitində çıxışı zamanı bəyan edib.

"Xəzər dənizi regionunda hərbi qüvvədən istifadə gərəksizdir və Rusiya Xəzər dənizi üzrə fikir ayrılığının aradan qaldırılmasında dialoqu əsas götürəcək" - deyə Rusiya prezidenti bildirib.

Bu gün İranda beş Xəzəryanı dövlətin - İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın sammiti başlayır. Ölkə prezidentləri keçmiş SSSR-nin dağılmasından sonra açıq qalan Xəzər dənizinin statusu məsələsini müzakirə edirlər.

"Biz regionda hər-hansı bir qüvvədən istifadə barədə hətta fikirləşməməliyik" - deyə Putin sammitdə bildirib.

Xəzərin təbii sərvətlərinə 500-dən yuxarı bitki növü və 854 növ balıq (O cümlədən dünyanın nərə balığı ehtiyatının 90 faizi) daxildir. Neft ehtiyyatları isə dünyaya nisbətdə azdır (2 faiz). Lakin regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSSR-nin dağılmasından sonra, sahil dövlətlərin sayı ikidən beşə qalxıb və bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzərin hüquqi statusuna dair yeni müqavilənin qəbuluna ehtiyac yaranıb.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprelində Aşkabadda baş tutub. Burada ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsinə dair qərar qəbul olunub. Lakin o vaxtdan sammit hər il təxirə salınır.

Xəbər lenti

Xəbər lenti