...

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri qondarma "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul olunacağına əmin olmadığını bildirib

Siyasət Materials 18 Oktyabr 2007 14:36 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri qondarma "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul olunacağına əmin olmadığını bildirib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qondarma "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul olunacağına əmin olmadığını bildirib. Bu barədə o jurnalistlərə cümə günü Konqresin bir neçə üzvünün Amerika-Türkiyə münasibətlərininin korlanmasından ehtiyat edərək qətnaməni dəstəkləməkdən imtina etməsindən sonra bildirib, İTAR-TASS-ın məlumatında belə deyilir.

"Qətnamənin qəbul olunması və hansı tədbirlərin görüləcəyi mühüm deyil, baş verənlərin necə nəticələnəcəyini gələcək göstərəcək" - deyə ABŞ dövlət iyerarxiyasında prezident və vitse-prezidentdən sonra üçüncü yeri tutan Pelosi qeyd edib. Əvvəllər isə Corc Buşun etirazlarına baxmayaraq Pelosi Konqresin qətnaməni dəstəklədiyini bildirib və şəxsən qətnamənin qəbul olunmasının lehinə olduğunu qeyd edib. Pelosinin fikrincə, bu sənədin qəbul edilməsinin nəticəsi olaraq ABŞ və Türkiyə arasında münasibətlər korlanmamalıdır, belə qətnamə indiki Türkiyə hakimiyyətinin deyil, Osmanlı imperiyasının törətdiyi hadisələri qiymətləndirir. Ötən həftə qətnamə ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul olunub.

Ağ Evdə isə əksinə olaraq hesab edirlər ki, parlament üzvlərinin təşəbbüsü ikitərəfli münasibətlərə korlaya, Avropa və Yaxın Şərqdə ABŞ-n maraqlarına ciddi zərbə vura bilər. Buş administrasiyası məlumat verib ki, Türkiyə əleyhinə çıxış edən qətnamənin qəbul olunmasının qarşısını almaq üçün tədbirlər görmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti