...

Arnold Şvartsneger azərbaycanlıları bayram münasibətilə təbrik edib

Siyasət Materials 18 Oktyabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Kfliforniyanın qubernatoru Arnold Şvartsneger azərbaycanlıları milli bayram-- 18 oktyabr Müstəqillik Günü münasibətilə təbrik edib.

"Siz ağır zəhmətiniz və adət-ənənələrimizə böyük hörmətiniz sayəsində bizim xalqı, xüsusilə bizim ştatı zənginləşdirmisiniz" - deyə Şvartsneger ABŞ-ın Azərbaycan icmasına müraciətində bildirib. Bu barədə Kaliforniya ştatının cümə axşamı yayılan müraciətində deyilir. Müraciətdə Şvartsneger azərbaycanlılara Kaliforniyanın inkişafına verdikləri töhfəyə görə minnətdarlığını bildirir və uğurlar arzulayır. Kaliforniya qubernatorundan başqa, azərbaycanlıları milli bayram münasibətilə Vaşinqtonun və Motana ştatının qubernatorları da təbrik ediblər.

Xəbər lenti

Xəbər lenti