...

AMİP sədri: "Ayrı-ayrı partiya üzvləri sədri ittiham edə bilməzlər"

Siyasət Materials 23 Oktyabr 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrinin fəaliyyətindən heç bir partiya üzvünün etirazını bildirməsi mümkün deyil. Bu fikirləri Trend ə açıqlamasında AMİP sədri Ayaz Rüstəmov bildirib.

Azərbaycan mətbuatı AMİP-in təbliğat və məttbuat məsələləri üzrə katibi Əli Orucovun, partiyanın Goranboy rayon təşkilatının sədri Fəqan Məmmədovun AMİP sədrini fəaliyyətsizlikdə ittiham etməsi barədə yazır. Narazı şəxslər partiyanın fəaliyyətinin onları qane etmədiyini bildirirlər.

AMİP sədri bildirib ki, partiya rəhbərliyinə etiraz bildirmək üçün Siyasi Şura, Mərkəzi Şura kimi ali strukturları var. Yalnız həmin qurumlarda partiya sədrinin fəaliyyətinə etiraz bildirilməsi və bu məsələnin müzakirəsi mümkündür.

"Ayrı-ayrı partiya üzvləri sədri ittiham edə bilməzlər. Sədrlik institutu muxtar qurumdur, onun barəsində hər hansı məsələni əvvəlcə Siyasi Şurada, Ali Şurada və sonda qurultay həll edə bilər"-deyə Rüstəmov bildirib.

O, əlavə edib ki, AMİP daxilində narazılıqların baş qaldırmasında maraqlı olan qüvvələr də var. Rüstəmovun fikrincə, həmin qüvvələr bilərəkdən AMİP daxilində narahatlıqlar yaratmaq istəyirlər. O, "maraqlı qüvvələrin" kimlər olduğunu açıqlamayıb.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti