...

Daha bir amerikalı konqresmen Azərbaycan üzrə qrupun üzvü olub

Siyasət Materials 23 Oktyabr 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Ağayeva/ ABŞ-ın Konqresinin Nümayəndələr Palatasından daha bir amerikalı Azərbaycan üzrə işçi qrupun üzvü olub. Çərşənbə günü işçi qpupun həmsədrlərinin ofisindən verilən məlumatda bildirilir ki, bu, Nümayəndələr Palatasının enerji və su təminatı məsələləri üzrə alt komitəsinin üzvü Tim Ryandır.

1973-cü il təvəllüdlü Ryan Ohayo ştatının Niles şəhərində katolik ailəsində böyüyüb boya-başa çatıb. Konqresmen prezident Buşun İraq və daxili siyasəti ilə bağlı kəskin tənqidi mövqeyi ilə tanınır.

Xəbər lenti

Xəbər lenti