Azərbaycan, Bakı / Trend müxbir K. Ramazanova/ Qarabağ nizmalanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona bundan əvvəlki səfərləri zamanı irəli sürdükləri təkliflərə cavab almaq istəyirlər. Bunu cümə axşamı Bakı hava limanında rusiyalı həmsədr Yuri Merzlyakov jurnalistərlə söhbətində bildirib.
Həmsədrlər azərbaycan paytaxtında Yerevana səfər etdikdən sonra gəliblər və rəsmi Bakının mövqeyi ilə tanış olduqdan sonra yenidən Ermənistana qayıtmaq fikrindədirlər .
" Biz münaqişə iştirakçısı olan hər iki tərəfdən cavab gözləyirik , və bu səfər çərçivəsində nizamlanmanın razılaşdırılmamış qalan baza prinsiplərinin müzakirəsi davam etdiriləcək " - deyə rusiyalı diplomat qeyd etdi .
Öz növbəsində fransalı həmsədr Bernar Fosye onlillik danışıqların nəticəsiz qalmasını münaqişə tərəflərinin lazımi qərarlar qəbul edə milməməsi ilə izah etdi . " O ki qaldı həmsədrlərə , onlar ortaqdırlar və onların işi ideya , variant təklif etmək və tərəflərə kömək etməkdən ibarətdir , son qərarı isə münaqişə tərəfləri verirlər " - deyə o bildirdi .
Fransız diplomat son təkliflərin mahiyyəti barədə sualı cavabsız qoydu .
Iki C?nubi Qafqaz olk?si aras?nda munaqis? 1988-ci ild? Erm?nistan?n Az?rbaycana qars? ?razi iddias? ir?li surm?si z?minind? yaran?b . Az?rbaycan torpaqlar?n?n 20%-i, y?ni Dagl?q Qarabag ?razisi v? bu ?raziy? bitisik 7 rayon Erm?nistan Silahl? Quvv?l?rinin isgal? alt?ndad?r . 1994-cu ild? t?r?fl?r at?sk?s rejimin? dair raz?lasma ?ld? edibl?r v? o vaxtdan b?ri , AT?T-in Minsk qrupunun himay ?si alt?nda , Rusiya , Fransa v? ABS- ?n h?ms?drliyi il? , h?l? ki n?tic?siz , sulh dan?s?qlar? apar?l?r .